Marneuliyə verilən traktorlardan sosial aztəminatlı ailələr istifadə edəcəklər

Fevralın 9 da, Marneuli bələdiyyəsinin meri Temur Abazov, “SOCAR” Neft Şirkəti tərəfindən verilən traktorları yaz əkin işləri üçün vətəndaşlara təqdim etdi.

Eyni zamanda torpaq əkin işlərində şəxsən iştirak edərək rəmzi də olsa yeni texnika ilə torpağın müəyyən hissəsini şumladı.

 “İki il əvvəl “SOCAR” Neft Şirkəti tərəfindən Marneuliyə traktorlar verildi. Amma indiyədək əhali sözü gedən traktorlardan istifadə etməyib. 2018 ci ildən mənim tapşırığım ilə və komandam tərəfindən, istifadə forması tərtib olundu. Bu isə Marneuli bələdiyyəsinin ərazisində kənd təsərrüfatına dəstək proqramını nəzərdə tutur. Məqsəd kənd təsərrüfatı torpaq sahələrinin əkin prosesinə, vətəndaşlara dəstək olmaqdır. Proqram vətəndaşlara maddi cəhətdən qənaət gətirəcək, Meriya yerli büdcə hesabına texnikanın istifadəyə verilməsi xərclərini qarşılayacaq. Qeyd etmək lazımdır ki, əhali zamanında və keyfiyyətli əkin prosesini davam edəcək”-deyə Temur Abazov bildirdi.

Tədbirdə Kvemo Kartli Qubernatorunun birinci müavini Aleksandre Metreveli, Marneuli bələdiyəsinin bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, bələdiyyə məclisinin sədrinin müavini Mamuka Naveriani, merin müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze, “Təmiz Marneuli”-nin rəhbəri Leri Mumladze və Özünüidarəetmənin digər rəhbər şəxsləri iştirak etdilər.

Xatırladaq ki, traktorlar 2016 cı il martın 4 də təqdim olunması, Kvemo Kartli üzrə Dövlət Müvəkili-Qubernator Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “SOCAR” arasında Gürcüstan və Azərbaycanın əsrlər boyu davam edən dostluq münasibətləri əsasında əməkdaşlıq barədə memorandum əsasında baş verib.  Sonra Kvemo Kartli üzrə Dövlət Müvəkili-Qubernator Administrasiyası 5 ədəd traktoru müvəqqəti istifadə üçün Marneuli bələdiyyəsinə verdi.

Bələdiyyənin balansında olan kənd təsərrüfatl texnikasından (traktor) sosial aztəminatlı ailələr yararlanacaqlar.

Proqrama benefisiarlar merin kənd ərazi birliklərindəki nümayəndələrinin yardımçılığı ilə istifadə edəcəklər.

Proqram tamamilə yerli büdcədən maliyyələşdirilir. Bu isə texnikanın tam istifadə xərclərini (yanacaq, mexanizator ilə təmin etmək və s.) nəzərdə tutur. Proqram merin tapşırığı ilə “Təmiz Marneuli” təşkilatına həvalə olunub.