Orqanik tullantılar müəssisəsinin inkişafı barədə müzakirə

Orqanik tullantılar müəssisəsinin inkişafı barədə müzakirə

Fevralın 8 də, Marneuli bələdiyyəsi Meriyasında, Marneulinin Yerli Özünüidarəetməsinin rəhbər
şəxsləri və MMC “Orqanik Tullantılar Müəssisəsi”nin direktorunun iştirakı ilə işgüzar tədbir keçirildi.
Tədbirdə müəssisənin direktoru İrakli Burnadze, Özünüidarəetmənin rəhbər şəxslərinə müəssisə haqqda qısa məlumat verdi. Təqdimatda 2018-2020 ci illər ərzində müəssisənin fəaliyyət planı özünü əks etdirirdi. Direktor müəssisənin hal-hazırkı vəziyyəti, inkişaf planı və prioritetlərindən danışdı.
Təqdimatdan sonra tədbir iştirakçıları müəssisənin əhəmiyyətini müzakirə edərək birlikdə gələcək
planlarını cızdılar.
Görüşdə Marneuli bələdiyyəsinin meri Temur Abazov, merin müavinləri Zaur Tabatadze və Laşa
Lobcanidze, bələdiyyə məclisinin sədr müavini Mamuka Naveriani, bələdiyyə deputatları və merin əməkdaşları iştirak edirdilər.

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________