Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!..

“Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!.. “Bu gün Rusiya Federasiyasının Türkiyədəki Büyük Elçisi Andrey Karpova Ankarada “Rusiya – Kalininqraddan Kamçatkaya qədər, Türklərin gözü ilə” rəsm sərgisində sui-qəsd təşkil edilmişdir.” –

 

“Borçalı” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov özünün Fecebook səhifəsində Türkiyədə baş vermiş bu günkü məlum terrorla bağlı öz münasibətini bildirərkən belə yazmışdır:

 

“Bu xain sui-qəsd bu yay Türkiyədə baş tutmayan darbeden sonra polis sıralarından qovulmuş Mövlud Mert Altınbaş yapmıştır. Üç ölkənin – Rusiya,Türkiyə və İranın Xarici İşlər Nazirlərinin Suriya probleminin həlli üçün Moskvada baş tutacaq görüşləri ərəfəsində bu xain sui-qəsdin baş verməsi ancaq Rusiya ilə Türkiyə arasında son dövrlərdə əlaqələrin artmasından əndişə duyanların işidir.
Türkiyə-Rusiya yaxınlaşmasından əndişə duyanlar ancaq aşağıdakı qüvvələrdir :
1. Yayda Türkiyədə baş tutmayan darbeden “təəssüfflənənlər”
2. Suriyadakı münaqişənin daha da qızışdırılmasında maraqlı olan qüvvələr
3. Erməni diasporası
KİV-in yazdığına görə bu xain saldırını yapan şexs “Allahü Əkbər” deyə səslənmişdir.

Ancaq İslam və İslamın Dayağı olan Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!..”

ZiM.Az