Fərman Ceyranlı 6 il azadlıqdan məhrum edildi

“Lancet” klinikasının direktoru Fərman Ceyranlını məhkəmə günahkar olaraq tanıyıb. Qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Maia Kokiaşvili biraz əvvəl verib.

Hakim Fərman Ceyranlının ittihamlarından bir epizodu təsdiqləyib və 6 illik həbs cəzası verib. Həyat və sağlamlığa təhlükəli olan məlumatın saxlanılması halına gəldikdə isə bu epizodda Ceyranlıya bəraət qazandırılıb.

Lancet klinikasının direktoru Fərman Ceyranlını prokurorluq xəstələrdən böyük məbləğdə pulu aldadıb almaqda və həyati təhlükəsi olan məlumatı gizləməkdə ittiham edib. İş 2016-cı ildə klinikada aparılan ciyər köçürülməsinə dair iki əməliyyata aiddir. Nəticədə hər iki xəstə dünyasını dəyişib. İstinaqa görə direktor hər iki xəstənin sahiblərinə risklər haqda məlumat verməli imiş. Əməliyyatın keçirilməsi üçün razılıq alınmalı idi. Əməliyyatı isə azərbaycandan gəlmiş və lisenziyası olmayan həkimlər həyata keçirib. Qeyd olunan həkimə qarşı da Gürcüstan prokurorluğu bir neçə gün bundan əvvəl istintaqa başlayıb.