Borçalını 2018-də nələr gözləyir?

Sözsüz ki, bu suala cavab vermək üçün Borçalıdaki ümumi vəziyyətə və ötən ilki hadisələrə göz atmaq lazımdır. Bunun üçün qısa olaraq Gürcüstanda ötən il baş vermiş ən mühüm, maraqlı hadisələri və son durumu xatırlatmaq istərdim.

Ötən ilin oktyabrın 21-də bələdiyyə seçkiləri həm ümumən Gürcüstan üçün, həm Borçalı üçün qeyri-adiliklə yadda qaldı. Bunlardan yalnız bəziləri: Borçalıda hakim partiya heç bir türk kökənli namizəd irəli çıxarmamışdı, Dmanisidə Gürcüstan Müsəlmanlar İdarəsinin yetkilisi Yasin Əliyev iş adamlarına Qurani Kərimə əl basaraq, zorunlu and içdirərək iqtidara səs verməyə məcbur etmişdi, Qızılhacılı kəndində silahlı şəxs seçki məntəqəsinə daxil olaraq vətəndaşları, seçki komissiyasını və namizəd Ceyhun Çovdarovu atəşə tutmuşdu, Marneulidə qubernatorun ikinci muavini Zaur Darğallı, azərbaycan dilli məktəblərin azalması üçün can-fəşanlığı və s. Bütün bunlara baxmayaraq seçki leqitim sayıldı və sapı özümüzdən olan baltalar çürük sistemə xidmət etməkdə uğurla davam edirlər.

Ümumiyyətlə yetkililər Borçalıda məktəb, kadr və təhsil sistemi üçün hələdə optimal variant tapmayıblar. Hazırda Gürcüstanın azərbaycan dilli məktəblərində çalışan, azərbaycan dili və ədəbiyyatı fənni müəllimlərin yaşı 65-70 arasındadır. Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar. Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: zamana uyğun olaraq texnologiya yeniliklərindən tutmuş insanların baxış bucağlarna qədər hər şey təkamülün bumunu yaşadığı dövürdə gənc müəllim heyəti vacib kriteriyaların başlarındadır.

Gürcüstan iqtidarının son zamanlar azərbaycan dilli məktəbləri xüsusi deskriditə kampaniyası vüsət alıb. Azərbaycan dilli məktəblərin məzunlarının gələcəkdə işə düzəlmək problemi olduğu təbliğatı gedir. Halbu ki, bu problemi çözmək üçün azərbaycan dilli məktəblərdə sadəcə dövlət dilinin tədrisinin səviyyəsi yüksəldilməlidir. Dövlət isə bu sahədə hələdə gözə çarpan addımlar atmır.
Borçalıda hal-hazırda türk əsilli cəmi bir mer var – Marneuli meri Temur Abbasov. Yeni seçilməyinə baxmayaraq etdiyi işlər xalqda müəyyən inam yaradır və dəstəklənir. Bəs başqa yetkililər?
Azərbaycan əsilli deputatlarının Gürcüstan parlamentində iclaslarda iştiraklarının rəqəmlərini diqqərinizə çatdırmaq istəyərdim Azər Süleymanov 62% – na qatılmayıb, Mahir Dərziyev 46 %-na, Savalan Mirzəyev 35% -na, Ruslan Hacıyev 28%-na. Qatılarkən heç bir ciddi təklifləri olmaması və milli maraqlarmıza zidd addımlara təpkiləri görülməməsi bu millət vəkillərinin sadəcə marionetka rolu oynadıqlarının göstəricisi deyilsə bəs nədir əcaba?

1990-1992-ci illərdə Bolnisidə yerləşən 37 türk kənd adından 31-nin əsassız olaraq dəyişdirildiyini və hələ də bu problemin həllini tapmayıb. Müsəlman kəndlərin girəcəyində ucaldılmış xaçlar əhlinin narazıçılığına səbəb olur. Azərbaycan əsilli deputatlar və məmurların isə, başları şəxsi bizneslərinə qarışıb.

Gürcüstanda 162 dənə Azərbaycanlılara aid QHT var. yaxın beş ilə qədər, Azərbaycan və Türkiyə Dövləti başda olmaqla avropa donor təşkilatlar bu QHT-ləri lazımınca maliyələşdirirdi.
Bu maliyyələrin yerinə çatması ilə vəya ümumiyyətlə soydaşlarımızın dərdləri ilə maraqlananlar isə başqa bir problemlə üzləşirlər- Gürcüstana girişləri qadağan olunur. Persona non-qrata siyahısna bir çox ictimai fəalların düşməsi heçdə təsadüfü deyil. Bunların içində xalq arasında geniş nüfuza sahib və Gürcistanın qanunlarına, torpaq bütünlüyünə ehtiram edən bir neçə barışçı içtimai birlikler olması isə anlaşılmayan haldır. Bu siyahıda Dünya Ahisqa Türkləri Birliyinin başqan və bir sıra üzvləri, Borçalı İctimai Cəmiyyətinin və eyni adlı İctimai Birliyin rəhbərləri və bir neçə başqa ictimai birlik və fəalların adlarının olması özünü Avropa dəyərlərinə sadiq göstərən ölkənin imicinə ancaq neqativ təsir edir.

Qrantları mənimsəyən və nəzarət mexanizmi olmamasından istifadə edən bəzi QHT sədrləri Borçalının və ümumən Gürcüstanın etimadına xələl gətirməkdədirlər.

Borçalının orta statistik kəndlisinin məhsulunu ixrac etməyə imkanı yoxdur-Rusiya sərhədi bağlı, Ermənistanda kənd məhsulları daha ucuz, Azərbaycan sərhədində isə suni maneələr və rüşvət. 7-8 ay çalışıb öz şəxsi təsərrüfatında məhsul yetişdirən Borçalı kəndlisinin məhsulu göz görə-görə sahələrdə yanır. Soydaşlarımız yaşayan bölgələr əsasən aqrar olduğu üçün hamının məhsulu eynidir və satmağa bazar yoxdur.

Məqalənin başında olan suala yenidən qayıdarak soruşmaq istərdim ki, Borçalını 2018-ci ildə nələr gözləyir?

Yetkililər qara papaqlarını qabağlarına qoyub düşünmə və soydaşlarmıza sahib çıxma vaxtının gəldiyini anlamalıdırlar.

Məqalənin müəllifi: İsmayıl Əliyev