Bu gün, 30 yanvar tarixində Marneuli Bələdiyyəsinin meri Temur Abazov, müavinləri, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze ilə və Özünüidarəetmənin digər rəhbər şəxsləri ilə birlikdə Böyük Muğanlı kəndini ziyarət edərək təmiri yeni sona çatmış parkda oldu və kənd sakinləri ilə görüşdü.
İnfrastruktur layihə “Vətəndaş Bücdəsi” çərçivəsində həyata keçirildi. Park layihəsinin təşəbbüskarı Xanlar Mustafayev idi. Layihə çərçivəsində istirahət məkanına gedən yollar abadlaşdırılaraq, parka elektrik ləmpələri quraşdırıldı və üç ədəd çardaq quruldu. Daha Muğanlı sakinləri asudə vaxtlarını parkda qurulan çardaqların altında da keçirə bilərlər. Parkın abadlıq işləri yerli büdcənin hesabına 37, 093 lariyə başa gəlib.
Temur Abazov yeni istifadəyə verilən istirahət parkında kənd sakinləri ilə görüşərək parkla bağlı onların fikirləri ilə maraqlandı. Mer söhbət əsnasında həmçinin əhalini narahat edən problemlər barədə məlumat aldı. Onları öz səlahiyyətləri daxilində həll edəcəyini bildirdi.