Tbilisi şəhər Məhkəməsində “Lanset” klinikasının direktorunun cinayət işi ilə bağlı onun müdafiə tərəfi yekun sözünü fevralın 6-da, saat 12:00-da davam edəcək. Bu gün yekun sözünü üç vəkildən sadəcə biri təqdim etdi.
Klinika “Lanset”də qara ciyər transplantasiya əməliyyatları 2016-cı ilin mart ayında keçirildi. Hər iki əməliyyat da fatal nəticə ilə başa çatdı. Əməliyyatdan bir neçə gün sonra Giorgi Çubinidze və Karlo Kekelidze adlı xəstələr həyatlarını itirdilər.
Hüquqmühafizəçilər klinikanın direktoru Fərman Ceyranlını 2017-ci ilin mayın 22-də həbs etdilər.
“Lanset”in direktoruna qarşı cinayət işi dələduzluq ittihamı ilə qaldırılıb və qeyd olunan ittiham altıdan doqquz ilə qədər həbs cəzasını nəzərdə tutur.
Fərman Ceyranlı xəstələrdən böyük miqdarda pul alıb, onlara göstəriləcək tibbi xidmətin təhlükəli olduğu haqda məlumatı verməməklə təqsirləndirilir.