Marneuli munisipalitetinin meri, Hallavar kəndinin idman meydanının inşaa prosesini müavinləri Zaur Tabatadze, Laşa Lobcanidze ilə həmçinin Sakrebulo sədr müavini Mamuka Naveriani və Meriyanın aidiyyatı xidmət nümayəndələri ilə birlikdə gözdən keçirdi.
Qeyd olunan infrastruktur layihə çərçivəsində Hallavar kəndində mini futbol və basketbol meydançası salınır. Sözü gedən layihəni həyata keçirmək üçün yerli büdcədən 77 530 lari xərclənir. Stadionun inşaası bu il fevral ayında sona çatacaq.