Amiran Qiorqadzenin əvəzinə Temuraz Abassov mübarizə aparacaq

Amiran Qiorqadze Marneuli merliyinə namizədlikdən çıxarılıb. Gürcü Arzusunun mətbuat xidmətindən bildirirlər partiyanın adı ilə Marneuli merliyi üçün Teymuraz Abbasov mübarizə aparacaq. Amiran Qiorqadze isə bələdiyyə sədirliyinə namizədi olaraq bildirilir.

Biz Amiran Qiorqadze ilə əlaqə saxladıq. O, bildirir ki, bu məsələ haqda məlumatı yoxdur.

“Gürcü Arzusu”da əlavə detalları bildirmirlər. Teymuraz Abbasovu Amiran Qiorqadze ilə əvəz etməkdə hansı meyarlar qeydə alınıb partiyadan bunu izah etmirlər və bildirirlər ki, bütün detallar “Gürcü Arzusunun” siyasi şurasının görüşündünən sonra aydın olacaq.

Amiran Qiorqadzenin namizədlikdən çıxarılması haqqında məlumatı biz Avropalı Gürcüstan partiyasının nümayəndəsi Əhməd İmamquliyevin Facebook live vasitəsilə əldə etdik. Radio Marneuliyə məlumatı Gürcü Arzusunun mətbuat xidməti təsdiqləyib.

Mənbə: Radio Marneuli