Kürtlər kəndinnin əhalisi qurban bayramını qeyd etdi

Kürtlər kəndinnin əhalisi qurban bayramını qeyd etdi

1 sentyabr İslam aləminin ən müqəddəs bayramlardan olan Qurban bayramıdır. Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilən qurbanlar bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Qurban bayramını Gürcüstanda yaşıyan müsəlmanlar da qeyd edirlər. Azərbaycanlıların sıx yaşadıgı bölgələrdən biri olan Marneuli rayonunu və onun kəndlərində da bayram böyük coşşğu ilə qeyd olunur.

Bu gün Kürtlər kənd sakinləridə də qurban bayramını qeyd etdilər. Bayram günü kənd sakinləri qurban kəsirlər və dünyasını dəyişən yaxınlarına dualar oxudurlar. Hər il olduğu kimi Kürtər kənd məscidində səhər bayram namazı qılındı və ardından qurbanlar kəsildi. Kəsilən qurban payları Gürcüstan Müsəlmanları İdarəsi və xaricdə işləyən kənd sakinləri tərəfindən göndərilmişdir və imkanı olmayan kənd əhalisinə paylandı.

Kənd məscidinin imamı Teymur Qəhramanov radiomuz vasitəsi ilə bütün islam aləmini Qurban bayramı münasibəti ilə təbrik etdi və Qurban bayramının şərtlərindən danışdı.

Öz növbəsində kənd sakinləridə bayram münasibəti ilə xalqımızı və bütün müsəlman dünyasını təbrik etdilər.

Bayram 3 gün davam edir. Bayram günləri ərzində bütün müsəlmanlar qurbanlar kəsir, dualar və ibadətlər edirlər.

Mənbə: Radio Marneuli

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________