ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi

ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi
Avrasiya İncəsənət Mədəniyyət Ədəbiyyat və Elm Federasiyası (ASKEF) 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi.
Quruluşundan hələ altı ay keçməsinə baxmayaraq etdiyi böyük mədəniyyət sənət fəaliyyətləri ilə adında söz etdirən ASKEF, quruluş məqsədinə uyğun işlərinə may ayında şair, yazıçı, musiqiçi, alimlər və siyasi xadimlərsən ibarət 50 nəfərlik bir karvan ilə ASKEF Azərbaycan təmsilçiliyinin ASKEF Azərbaycan rəhbəri Xalq Şairi Fikrət Qoca, İlqar Fəhmi, Hüseyn Sözlü, Qabil Ədalət, Arifə Əliyeva, Şəfəq Sahibli, Aləmzər Əliyeva, Narıngül Babayeva, Etibar Qurbanov, Cavanşir Atəşi, Şahid Məmmədkərimov, Vüsal Oğuz və AKSEF beynəlxalq nümayəndəsi Raifə Sərxanqızının təşkilatçılığı ilə Azərbaycanın Şəki və Bakı şəhərlərində tədbirləri baş tutdu. 
ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi
ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi
ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi
ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi
Noyabr ayında yenə böyük bir qrupla 5 Balkan ölkəsinə mədəniyyət gəzintisi təşkil etdi.
2-4 sentyabr 2016 tarixlərində Antaliyada 17 ölkənin iştirakı ilə reallaşan 9-cu Beynəlxalq Avrasiya Şairləri və Sənətçiləri görüşməsi ilə işlərinə davam etdi.23-26 dekabr 2016-cı il tarixlərində Dənizlidə 10-cu Avrasiya şairləri və sənətçiləri Dənizli görüşməsini reallaşdırdı.
Yurd içindən və xaricindən 176 iştirakçının iştirak etdiyi tədbir 3 gün davam etdi.Dənizli Karahayıt Barika Park Termal Oteldə başlayan tədbir ilk gün otel salonunda şairlər, yazıçılar, rəssamlar və teatr nümayəndləri təqdimatlar etdilər.
Kərküklü sənətçi Eyüp Hikmək Kərküklü Kərkük mahnılarının izləyənlərə gözəl anlar yaşatdı.
Təbrizdən gələn sənətçi Yanar Sönməz sazıyla, sözüylə proqrama rəng qatdı.
Antalya Qadın Səhnəsi Dəstəkləmə Dərnəyi Teatr qrupu hazırladıqları oyunlarla gözəl bir təqdimat etdilər.
Məşhur söz yazarları Vural ŞahinYalçın Benlican, proqram prodüseri Mehmet Ali Demircan diqqət çəkən iştirakçılar arasındaydılar.Proqramın 2-ci günü Dənizli Bələdiyyəsi və Mədəniyyət Turizm Nazirliyi dəstəyi ilə Dənizlinin və dünyanın əhəmiyyətli yerləri olan, Pamukkale və Hierapolis gəzintisi edildi. Daha sonra Dənizli Bələdiyyəsi və Zeynep Karaaslan Bez Bəbək Muzeyi ziyarət edildi. Askef Çağdaş Türk Müziği Korosu Şef Arzu Singer Dədə rəhbərliyində Dənizlidə böyük bir tamaşaçı kütləsinə möhtəşəm bir konsert verdi. Konsert sonrası xor, izləyənlər tərəfindən ayaqda alqışlandı.
Proqramın 3-cü günü Xalq ozanları deyişmələr etdilər, şairlər və sənətçiləri təqdimatlar etdilər, Zeynep Karaaslan kukla qrupu unudulmağa üz tutmuş kukla sənətimizi sərgilədilər. Tamaşaçılara çox gözəl yerli bir kukla nümayişi təqdim etdilər.Tədbirə qatılan dərnəklər: Avrasiya İncəsənət Mədəniyyət və Ədəbiyyat Dərnəyi-Bursa Aşıklar Şairləri və Yazarlar Dərnəyi- Əskişəhir Şair Yazar və Ozanlar Dərnəyi- Yozqat Sürməli Folklor Dərnəyi -Yozgat Ozanlar Şairlər Yazarlar Dərnəyi-Yaren Mədəniyyət İncəsənət və Turizm Dərnəyi- Antalya Qadın Səhnələri Dəstəkləmə Dərnəyi-Ərzurum İpək Yolu Xalq Ozanları Dərnəyi-Bolqarıstan Səbahaddin Əli Mədəniyyət Dərnəyi-İraq Türkmən Ədəbiyatçılar Təşkilatı.
Federasiya rəhbəri Savaş Ünal: – Bizlər ASKEF olaraq uzun bir yola çıxdıq. Məqsədimiz, eyni dili danışan, eyni qanı daşıyan, eyni mədəniyyətə sahib insanları mədəniyyət sənət işığı altında yığmaq, ortaq gözəl fəaliyyətlərə imza ata bilməkdir. Bizdən sonrakı nəsillərə mədəniyyətimizi miras qoymaqdır.
Yaranma tarixindən qısa bir müddət keçməsinə baxmayaraq, ölkəmizdə və xaricdə əhəmiyyətli fəaliyyətləri reallaşdıra haqlı qürurunu yaşayırıq.
2017-ci ildə ASKEF adından söz etdirəcək böyük və əhəmiyyətli layihələrlə qarşınızda olacaq.
Bizlər böyük bir ailəyik bu ailənin bacara bilməyəcəyi heç bir iş yoxdur.
Bizə dəstək verən təşkilatlara, iştirakı bizlərə güc verən iştirakçılara çox təşəkkür edirik.

 

Sonda Savaç Ünal ASKEF-İN nizamnaməsini açıqladı:

Federasiya; bütün insanlıq üçün işlərində Konstitusiyaya, qanunlara, Beynəlxalq müqavilələrə, universal hüquq qaydalarına və insan hüquqlarına bağlıdır.
İnsan hüquqlarının milli və beynəlxalq səviyyədə inkişaf etdirilməsinə töhfə verir. Bu məqsədlə ictimai təşkilatları və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Mədəniyyət müxtəlifliyini, cəmiyyətdəki birlik və bərabərlik duyğusunu gücləndirən zənginlik olduğunu qəbul edən bir anlayışı qəbul edir.
Bu mənada, müxtəlif ölkələrdə yaşayan sənət icmalarının, yaşadıqları ölkələr arasında dostluq və sülh körpüsü yaradacaqlarına, qarşılıqlı sosial, mədəni və iqtisadi əməkdaşlığın inkişaf ölçüdə bu dostluq əlaqəsinin güclənəcəyini inanır. Mədəni və sənət adına əlaqələri mənfi istiqamətdə təsir edə biləcək hər cür mövqe və davranışdan uzaq durur. Bu əlaqələri inkişaf etdirən ya da müsbət istiqamətdə təsir edən cəhdləri dəstəkləyir.

Biz də ZiM.Az olaraq, ASKEF-in bütün yaradıcı heyətinə uğurlar arzulayırıq!..
ASKEF 10-cu Beynəlxalq tədbirini Dənizlidə həyata keçirdi
SONA ABBASƏLİQIZI,
ZiM.Az-ın redaktoru.
.

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________