Sona ABBASƏLİQIZI: “Barmağında üzük olmaq istərəm…”

Sona ABBASƏLİQIZI: “Barmağında üzük olmaq istərəm…”

Sona xanım İsmayılova – 

20 dekabr 1961-ci ildə Qərbi Azərbaycanda
Göyçə mahalında ziyalı ailəsində doğulub,
dünyaya göz açıb.
Elə Göyçə mahalında da böyüyüb boya-başa çatıb.
Doğma kəndlərində orta məktəbi bitirdikdən sonra
ali təhsil dalıyca Bakıya gəlib.
İndiki Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetini bitirb.
Elə tələbəlik illərində də ailə həyatı qurub.
Gözəl bir ailəsi var.
Samir adlı bir oğlu və Samirə adlı bir qızı var. Hər ikisi ali təhsilli və ailəlidirlər.
Sona xanım artıq 30 ilə yaxındır ki,
Neft şirkətində çalışır.

Sona ABBASƏLİQIZI: "Barmağında üzük olmaq istərəm..."

O, 18 ildir ki, eyni zamanda həm də jurnalist kimi fəaliyyət göstərir.
Bir sıra mətbuat orqanları ilə müntəzəm əlaqə saxlayır, əməkdaşlıq edir.
Hazırda ZiM.Az saytının və “Şərqin səsi” qəzetinin şöbə müdiridir.
AJB-nin və İraq İYB-nin üzvüdür.
“Abdulla Şaiq” və “Qızıl Qələm” makafatları laureatıdır.
Yüzlərlə Vətən həsrətli şeirlərin, bir-birindən oxunaqlı məqalələrin və ən nəhayət
5 bədii və publisistik kitabın müəllifidir.
Bu yaxınlardaisə Sona xanım 6-cı kitabını oxucuların ixtiyarına verəcək.
Ümidvarıq ki, növbəti kitabı da, əvvəlkilər kimi oxucular tərəfindən böyük maraqla qarşılanacaq.Biz də aşağıda sevimli həmkarımızı, mehriban iş yoldaşımız çox hörmətli Sona xanımın bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az

Sona ABBASƏLİQIZI: "Barmağında üzük olmaq istərəm..."

QAŞDIN

Gözlədim ki, sən gələsən,
“Gözlə gəlim”,- deyib qaçdın.
Otağıma buyur dedim,
Sən qapımı döyüb qaçdın.

 

Dodağında bala baxdım,
Ağ üzündə xala baxdım…
Gördüm açıb lala, baxdım…
Sən fikrimi duyub qaçdın.

 

Köks ötürdüm için-için,
Anlayıb, duymadın neyçin?
Məni oda yaxmaq üçün
Sən özünü öyüb qaçdın.

 

Dilim sənə nə dedi ki?
Bircə busə de nəydiki…
Tərs baxışın hədəydiki,
Sən xətrimə dəyib qaşdın.

Gəl sən məni bir də sına,
Biganə olmadım sana…
Gör nə sorur səndən Sona,
Yoxsa məndən doyub qaşdın?!
24. 09. 2016

 

GƏLƏRƏM

Sən həmişə məni axtar, məni an,
Harda olsam qaça-qaça gələrəm.
Bu həsrətə, bu möhnətə darıxma,
Ruh quşunam uça-uça gələrəm.

 

Sən əzəldən qədr-qiymət bilənsən
Qəmimizi parçalayıb bölənsən.
Hiss etsəm ki, mənə sarı gələn sən
Qollarımı aça-aşa gələrəm.

 

Mən Sonayam, səni anmaq istərəm,
Elinizdə qonaq qalmaq istərəm,
Barmağında üzük olmaq istərəm,
Dağı-daşı quca-quca gələrəm.

 

GÖZLƏYİRƏM

Ürəyimi suya çəkib gedənim,
Gözümün yaşını sil, gözləyirəm
Göyərçin əllərin təravətində
Mən səndən bir dənə gül gözləyirm.

 

Nə gecəm gecədi, nə də gündüzüm,
Həsrət qatar- qatar, qəm düzüm- düzüm…
Sənsizlik var isə mən necə dözüm?
Gözlərim dikilib yol gözləyirəm.

 

Sonaya bu qədər sən olma zalım,
Mən Yanıq Kərəməm, sovrulub külüm.
Əgər gələsisən yubanma gülüm,
Dur elə bu saat gəl, gözləyirəm.

1 aprel 2016.

.

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________