Kərəm Məmmədovun təqdimatında BORÇALI tarixi

Kərəm Məmmədovun təqdimatında BORÇALI tarixi
Kərəm Məmmədov

Hörmətli həmvətənlər və millətdaşlar, sizlərin saytımızı müntəzəm izləməyiniz və müxtəlif mövzulara diqqət yetirməyiniz bizi çox sevindirir. Mövzuların rəngarəng və geniş əhatəli olmasının vacibliyini dərk edərək Azərbaycan Türklərinin taleyüklü problemlərindən daha birinə toxunmağı qərara aldıq. Bu gün anamız Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsi ondan ayrıdır. Həmin ərazilərin bir çoxunda indi Türk övladı yaşamır və həmin ərazilər hələ ki kafirlərin əlindədir. Lakin soydaşlarımızın kompakt şəkildə yaşamaqda olduqları bir sıra torpaqlar da vardır. Bu torpaqlarda yaşayanlar bizlərin bir parçasıdır. Bu nöqteyi-nəzərdən hər vasitə ilə onları unutmamalı, onların probləmlərini öz probləmlərimiz kimi hiss etməli, və nəhayət, zamanı gəldikdə onlara və onların məskun olduqları tarixi torpaqlara sahib çıxmağa hazır olmalıyıq. Saytın qonaq dəftərində qədim Oğuz-Türk yurdu Borçalı ilə bağlı müzakirələr gədərkən ağlımıza saytın Borçalı elinin tarixi ilə bağlı daha bir guşəsini açmaq fikri gəldi. Beləliklə, bu səhifəmiz vasitəsilə sizlər Borçalı elinin tarixi barədə faktları, Borçalının bu günü və sabahı ilə bağlı fikirləri oxuya biləcəksiniz. Bölgənin keçmişi haqqında faktlar əlbəttə ki, hamımızın yaxşı tanıdığı, saytımızın məsləhətçisi Kərəm Məmmədov cənabları tərəfindən təqdim olunur. Gəlin birlikdə Azərbaycanımızın bir parçası saydığımız qədim Borçalının dünəninə və bu gününə qısamüddətli səyahət edək.