Bu Günün Tarixi 21.4.2017-cı il.

Əfsanəyə görə e.ə. 753-cü ilin 21 aprelində Romul və Rem qardaşları Romanı tərəfindən qurulmuşdur.

Görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tven 21 aprel 1910-cu ildə vəfat edib.

1956-cı ilin bu günü Elvis Preslinin “Heartbreak Hotel” adlı mahnısı “Billboard” jurnalında 1-ci yerə çıxan ilk əsər olmuşdur.

21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə baxmaq olar. Veb-saytın ünvanı: wdl.org. Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rus və ispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir materialları hamı üçün əl çatan etməkdir. Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının rəhbəri Ceyms Billinqton təklif edib.