Gürcü aviaşirkəti Georgian Airways Gürcüstandan Barselonaya doğru birbaşa reyslər həyata keçirəcək.
Bu barədə məlumatı Tav Georgia yayıb. Şirkətin yaydığı məlumta görə, birbaşa reyslərin həyata keçirilməsi iyulun 5-dən başlayacaq və böyük ehtimala yay fəsli başa çatana qədər davam edəcək.
Uçuşların intensivliyinə gəldikdə isə, reyslər həftədə bir dəfə, hər bazar ertəsi həyata keçiriləcək.