“Bu il ilk dəfə elektron kitablarımız olacaq və şagirdlərimizin çantaları indiki kimi ağır olmayacaq. Ancaq, qeyd etmək lazımdır ki, elektron kitabların kağız versiyaıarı da olacaq” – bu barədə bəyanatı Təhsil naziri Aleksandre Cecelava verdi.
“Ümumiyyətlə, kitablar yüngül olmalıdır ki, uşaq çantasını daşıya bilsin. Sonra isə, dərslərin sayını azaldacağıq” – dedi Təhsil Naziri.
Cecelavanın dediyinə görə, bu il ancaq aşağı siniflərin şagirdlərinin çantaları yüngülləşdiriləcək.