Banqladeşə səfər çərçivəsində, Gürcüstan Parlamentinin nümayəndə heyyəti iki tərəfli görüşlər keçirir.
İrakli Kobaxidze Banqladeşdə Efiopiyanın Federasiya Palatasının sədri və İrlandiya Respublikasının senatının sədri ilə də görüşdü.
Efiopiyanın Federasiya palatasının sədri ilə keçirilən görüş zamanı, iki ölkə arasında əlaqələr və beynəlxalq formatda əməkdaşlıq haqqında söhbət aparıldı.
Gürcüstan və İrlandiya Respublikası arasındaki əməkdaşlıq və parlamentlərarası əməkdaşlığın fəallaşdırılması haqqında Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze və İrlandiya Respublikasının Senatının sədri söhbət etdilər.
Görüşdə müxtəlif sahələr müzakirə olundu: Turizm, İnfrastruktura, Mədəniyyət və təhsil.