Gürcüstanın başnaziri Giorgi Kvirikaşvili Sant-Peterburqun metro stansiyalarında baş verən teror aktı ilə bağlı Rusiya xalqına və həlak olanların ailələrinə baş sağlığı verdi və dərin kədərləndiyini bildirdi.
“Sankt-Peterburqda baş verən teror aktı ilə bağlı dərin kədərləndiyimi bildirirəm, ölənlərin ailələrinə baş sağlığı diləyirəm” – başnazirin bəyanatında bildirir.
Xatırladaq ki, Sankt-Peterburqun metropolitenində baş verən teror aktı nəticəsində 10 nəfər həyatını itirib, 47 nəfər isə ağır yaralanıb.