Parlamentin büro iclasları jurnalistlər üçün qapalı olacaq.
Ötəngünki iclasda parlament mandaturiləri jurnalistlərə büro iclasında iştirak etməyə imkan vermədilər. Yayılan məlumata görə, jurnalistlərin artıq parlament bürosunun iclaslarında iştirak etməmələri barədə qərarı parlament aparatının yeni rəhbəri verdi.
Xatırladaq ki, iclasların birbaşa translyasiyasına rəğmən, illər ərzində jurnalistlərin parlament iclaslarını yerindən işıqlandırmaq imkanları varidi.