“Mənə cavab versinlər, prezidentin seçilmə qaydası niyə dəyişdirilir”- bu sözləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bildirdi.
“Gürcüstan prezidentinin hansı qayda ilə seçiləcəyi barədə versiyaları dinlədik, ancaq mövcud olan qaydanın nəyə görə dəyişdirildiyi barədə suala cavab ala bilmədik” – bu bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili milli azlıqların nümayəndəsi olan tələbələrlə görüş zamanı bildirdi. Onun dediyinə görə, prezidentin seçilmə haqqı xalqa aid olmalıdır.
“Bizim 25 illik ənənəmizə görə, prezidenti xalq seçir. Əgər bu ənənəyi dəyişirsinizsə və seçicinin əlindən seçim haqqını alırsınızsa, hələ mənə başa salmalısınız bu qərər nəyə görə verilib. Bunun doğru olduğu haqqında tək bir arqument belə eşitmədim” – deyə Marqvelaşvili bəyan etdi.