Rustavidə mağaza və gözəllik salonu qarət olunub. Hadisə şəhərin Todria küçəsində baş verib. Ümumilikdə beş obyekt soyularaq qarət edilib.
Soyulan obyektlər arasında geyim və dəftərxana mağazaları, gözəllik salonu və homeopatiya ofisi var.
Mövcud olan məlumata görə, dəftərxana mağazasından 200 lari aparılıb. Digər mağazalarda isə, kassada heç pul qalmayıb.
Hadisə şahidlərinin verdikləri məlumata görə böyük ehtimal ilə, soyqun yeniyetmələr tərəfindən törədilə bilərdi.