Bu günlərdə Gürcüstanda rəsmi səfərdə olan
Azərbaycan Respublikası Milli Məclisinin
Azərbaycan-Gürcüstan parlamentlərarası
dostluq qrupunun rəhbəri, Azərbaycan
Mətbuat Şurasının sədri, Millət Vəkili
Əflatun Amaşov “ATV” (Azad Azərbaycan)
televiziyasının Gürcüstan bürosu üzrə
xüsusi müxbiri Nadir Almazoğlunu diplomla
təltif edib.
Qeyd edək ki, diplom Nadir Almazoğluna, onun Media sahəsindəki səmərəli fəaliyyətinə və müasir Azərbaycan jurnalistikasının inkişafında göstərdiyi xidmətlərinə görə təqdim edilib.
Diplomun təqdimat tədbirində Millət vəkili, Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, Nadir Almazoğlunun Azərbaycan Gürcüstan Dövlətləri arasındakı münasibətlərin inkişafında özünün hazırladığı reportajları, eləcə də çəkdiyi sujetləri ilə kifayət qədər önəmli və yüksək xidmətlər göstərdiyini, həm də onun operativ və dəqiq jurnalist olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Hörmətli Nadir Almazoğlunu biz də ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Borcali.org