Latviya Prezidenti Raimond Veyonis Gürcüstana rəsmi səfərə gəldi.
Latviya Prezidenti Gürcüstana həyat yoldaşı Viveta Veyonislə birlikdə gəldi və onları Gürcüstan Prezidenti və birinci xanım Maka Çiçua qarşıladılar.
Latviya Prezidentinin nümayəndə heyyətini qarşılayanlar arasında Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mğebrişvili, Xarici İşlər Nazirinin birinci müavini David Zalkaniani, prezident administrasiyasının rəhbəri Giorgi Abaşişvili və prezidentin müşaviri Tengiz Pxaladze var idi.
Gürcüstan Prezidentinin administrasiyasının rəhbəri David Abaşişvilinin bəyanatına görə, Latviya Prezidentinin Gürcüstana səfəri, iki ölkə arasındaki münasibətləri daha çox dərinləşdirir.