Gürcüstan vətəndaşları Şengen ərazisinə artıq vizasız gedəcəklər

Martın 28-dən Gürcüstan vətəndaşları üçün Şengen zonasına vizasız gediş-gəliş rejimi qüvvəyə mindi.

Biometrik pasportu olan Gürcüstan vətəndaşının Şengen ərazisinə vizasız 180 gün ərzində maksimum 90 gün müddəti ilə vizasız qalmaq imkanından istifadə edə bilər.

Vizasız rejim, Şengen ərazisindəki 22 ölkədə azad hərəkət etməyə imkan yaradır. Avropa İttifqının iki ölkəsi istisnadır – Böyük Britaniya və İrlandiya. Bu ölkələrə getmək üçün viza almaq lazımdır.

Gürcüstana vizaliberalizasiyanın verilməsi üçün mübarizə 2012-ci ilin 4 iyun tarixində başlamışdı.