Kvirikaşvili: “ərazi bütövlüyü məsələsi çox ağrılı problemlərdən biridir”

“Üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın potensialından fəal istifadə olunmalıdır”.

KİV-lərin verdiyi məlumata görə, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, müasir zamanın qlobal və regional çağırışları GUAM çərçivəsində və beynəlxalq arenada əməkdaşlığı möhkəmləndirməyi zəruri edir: “GUAM üzv ölkələri üçün ərazi bütövlüyü məsələsi ortaq çağırış və ən ağrılı problemlərdən biridir. Regionda həllini tapmayan problemlər üzv ölkələrin siyasi, iqtisadi və sosial inkişafına maneçilik törədir”.

Gürcüstan baş nazirinin sözlərinə görə, üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünə qəsd faktlarına adekvat reaksiya və beynəlxalq dəstək almaq məqsədilə GUAM-ın potensialından fəal istifadə olunmalıdır.