Marneuli bələdiyyəsi büdcəsindən 2017-ci il ayrılan sosial yardımdan tələbələr üçündə bir dəfəlik dəstək nəzərdə tutulub. 0-120000 reytinq balına sahib olan ailədən, harda ki, iki ya da çox tələbə varsa, dövlət akreditasiyası olan universitetdə oxuyursa, 2017-ci il ərzinde təhsilini maliyyələşdirmək üçün bir dəfəlik 500 lari maliyyə dəstəyi veriləcək.
0-120000 reytinq balı olan sosial olaraq müdafiə olunan və ata ya da ana tərəfdən yetim olan, dövlət akreditasiyası olan universitetdə oxuyan tələbəyə, təhsilini maliyyələşdirmək üçün bir dəfəlik 500 lari dəyərində maliyyə dəstəyi olunacaq.
Ata ya da ana tərəfdən yetim olan tələbə əgər dövlət akreditasiyası olan universitetdə oxuyursa, təhsilini maliyyələşdirmək üçün bir dəfəlik 500 lari maddi dəstək olunacaq.
Qaçqın ailəsindən olan tələbə dövlət akreditasiyası olan universitetdə oxuyursa, təhsilini maliyyələşdirmək üçün 500 lari dəyərində bir dəfəlik maliyyə dəstəyi olunacaq.
Müharibə veteranının uşağı dövlət akreditasiyası olan universitetində oxuyursa, təhsilini maliyyələşdirmək üçün bir dəfəlik 500 lari maddi dəstək olunacaq.
Bunlarla bağlı Marneuli bələdiyyəsinə müraciət edin.