Tbilisidə Vizaliberalizasiyanın qeyd edilməsi üçün tədbirlər keçiriləcək

Martın 26-27-də Tbilisidə Vizaliberalizasiyanın qeyd edilməsi üçün tədbirlər keçiriləcək.

Tbilisi Meriyası tərəfindən yayılan məlumata görə, martın 26-da yeniləşdirilmiş Ağmeşenebeli küçəsi, vizaliberalizasiya tematikası ilə bağlı dekorasiyalarla bəzəniləcək.

Bütün gün ərzində, “Avropa küçəsinin” qonaqlarına milli gürcü yeməkləri təqdim ediləcək və yerli DJ-lərin musiqi kompozisiyaları təqdim ediləcək. Küçədə uşaq meydançaları hazırlanacaq və onlara səyahət çamadanlarını yığmağı öyrədəcəklər.

Axşam saatlarında isə, müxtəlif opera səhnələri və konsert keçrləcək.

Martın 27-də isə, Avropa Meydanında, vizaliberalizasiyanın qüvvəyə minməsi günü ilə bağlı xüsusi instalyasiya nümayiş etdiriləcək – Gürcüstan və Avropa İttifaqı bayraqlarının işıqları yanacaq və böyük qala-konsert keçiriləcək.