Bu Günün Tarixi 27.3.2017-cı il.

425-ci ilin 27 martında İmperator II-ci Theodosiusinin zamanında Konstantinopolda  Auditorium adıyla ilk ali məktəb açıldı.

1918-ci ilin 27 martında Besarabya və Moldova Rumıniyaya qatıldı.

Bəstəkar, “Aypara” ansamblının rəhbəri Vaqif Gərayzadə  27 mart 1961-ci ildə anadan olub.

Amerika rejissoru və prodüseri Kventin Tarantino 1963-cü ilinbu günü ABŞ-da anadan olub.

Sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarin 27 mart 1968-cı ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.

1969-cu ilin bu günü  Qoç Holdinqə aid Aygaz tankeri Ege dənizində qəzaya uğradı. 15 nəfərlik ekipaj üzüvlərinən 1 adam xilas ola bildi.

Avropa Birliyi istehsalı, iki motorlu, delta qanadlı hərbi təyyarəsi Eurofighter Typhoon 1994-cü ilin bu günü ilk test uçuşunu etdi.