Tbilisi küçələrində müasir tramvay görmək mümkün olacaq. Bu barədə məlumatı, Tblisi meryası yayıb.
Məlumatda bildirilir ki, meriyanın tapşırığı ilə, Asiya İnkişaf Bankı tərəfindən hazırlanan yerüstü nəqliyyat koridorunun dizayını, sürətli tramvay tranzit sistemini nəzərdə tutur.
Artıq üç istiqamətdə hərəkət hazırlanıb. Tramvay şəhərin mərkəzindən Ortacala, İsani və Diğomiyə gedib-gələcək.
Meriya bəyan edir ki, bu mərhələdə avtobus və metro nəqliyyatlarının vaqonları dəyişdiriləcək. Növbəti mərhələdə isə, müasir tramvay xəttləri çəkiləcək.