Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min ABŞ dolları dəyərində 122 ədəd avtomobil aparılıb. Bu barədə “Cmedia.ge” saytı Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.
Azərbaycana aprılan avtomobillərin sayı ötən ilin iki ayı ilə müqayisədə 48 ədəd çoxdur. Məbləğ baxımından isə bu rəqəm 759 min dollar və ya 31,7% çoxdur.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Gürcüstandan Azərbaycana 2 mln. 393,9 min dollar məbləğində 74 ədəd avtomobil aparılıb.