“Borçalı” İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib

 
“Borçalı”nın yeni rəhbərliyindən operativ qərarlarSentyabrın 14-də “Borçalı” İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib.

Yeni rəhbərlik iyunun 25-də keçirilən növbədənkənar konfransda seçilsə də, ötən müddət ərzində qanunlara hörmət əlaməti olaraq Azərbayan Respublikası Ədliyyə Nazirliyinin qəbul olunmuş qərarlar verəcəyi hüquqi qiymətin açıqlamasını gözləməyi qərara alınmışdı:

“Nəhayət ki, nazirlik Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransının, onun qərarlarının hüquqi cəhətdən düzgün olması və legitimliyinin tanınması haqqında qərar verdi”.

Məlumata görə, bu qərardan sonra, daha dəqiqi, sentyabrın 14-də ilk iclas Kərəm Məmmədlinin sədrliyi ilə keçirilib.

İclasda çıxış edən Borçalı İctimai Birliyinin təsisçiləri şair Eyvaz Borçalıprofessor Hidayət NuriyevƏdliyyə Nazirliyinə verdiyi haqlı qərara görə minətdarlıq etmiş, iyunun 25-də keçirilən növbədənkənar konfransın qərarlarının dövlət tərəfindən tanınmasını bütün mübahisələrə son qoyduğunu və yeni rəhbərliyin artıq fəal şəkildə vəzifəsinin icrasına başlamalı olduğunu vurğulayıblar.

Təsisçilər Eyvaz Borçalı və Hidayət Nuriyev birliyin yeni rəhbərliyinə xeyir-dua verərək, soydaşlarının onlardan əməli fəaliyyət gözlədiklərini qeyd ediblər.

“Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədli göstərdikləri etimada görə təsisçilərə və yığıncaq iştirakcılarına təşəkkür edib.

Sonra birliyin idarə edilməsi üçün strukturun dərhal formalaşdırılmasını, Gürcüstandan olan tələbələrin üzləşdikləri problem və soydaşlarımızın Azərbaycan Respublikasında miqrant vəziyyətinə düşməsi, yaranan problemlərin həlli istiqamətində atılacaq addımları birliyin ən vacib vəzifəsi olmasını bildirib.

Sədrin təklifi idarə heyyətinin üzvüləri tərəfindən yekdiliklə dəstəklənib.

İdarə Heyətinin üzərinə düşən vəzifənin icrası ilə bağlı vəzifə bölgüsü aparıldıqdan sonra Gürcüstandan olan tələbələrin test imtahanı verməsinin və əcnəbi kimi təhsil haqqı ödəməsinin ədalətli olmadığı qeyd edilib.

Bu problemin həlli birliyin sədri Kərəm Məmmədlinin təklifi ilə geniş müzakirə olduqdan sonra problemin həlli üçün aidiyyatı dövlət orqanlarına müraciətlər edilməsi qərara allınıb.

Birlik Gürcüstandan olan soydaşlarımızın miqrasiya problemlərini də müzakirə etdikdən sonra bu problemin həlli üçün müraciətin qəbul olmasına və bu istiqamətdə Azərbaycanın dövlət orqanları ilə fəal iş aparılmasına qərar verilib.

Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransın seçilmiş yeni rəhbərlik soydaşlarına müraciət qəbul edərək onların etimadını doğrultmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.