“Dəqiq deyə bilmərik, Gürcüstan ərazisini keçərək, Ermənistana Zenit raket kompleksinin keçirilmə faktı olub ya yox” – bu sözləri Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mğebrişvili deyib.
Nazirin dediyinə görə, gürcü tərəfi bu məlumatın detallarını öyrənməkdədir.
“Bəlkə Ermənistan tərəfi bu məlumatı artıq doğrulayıb, ancaq biz bu məlumatın detallarını öyrənib, ictimaiyyətə bildirəcəyik”, – dedi Daxili İşlər Naziri Giorgi Mğebrişvili bildirdi.
Gürcüstan ərazisini keçərək, Ermənistana İqla zenit raket kompleksinin keçirilməsi cəhdi barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik xidməti dünən yaydı. İdarənin məlumatına görə, onlar Gürcüstan ərazisindən İqla raket kompleksinin kontrabanda köçürüləcəyi barədə məlumatı daha öncə almışdılar və kontraband yük maşınlarını sərhəddə saxladılar.