Amsterdamda keçirilmiş “Skytrax World Airport Awards 2017”-nin təqdimatında Tbilisi beynəlxalq hava limanı dördüncü dəfə Şərqi Avropanın ən yaxşı hava limanlarından biri adlandırılıb.
Sərnişinlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, Budapeşt, Tallin, Kiyevin Borispol, Riqa, Belqrad, Tbilisi, Sofiya, Bratislava, Buxarest və Skopiya hava limanları 2017-ci ilin Şərqi Avropanın 10 ən yaxşı hava limanlarının siyahısı hazırlanıb.
“Skytrax” 1999-cu ildən dünyanın hava limanları və avia şirkətlərinin xidmətlərini tədqiq edən və qiymətləndirən Britaniyanın nüfuzlu konsultasiya şirkətidir.
“World Airport Awards 2017” 106 müxtəlif millətin nümayəndələrinin olduğu 13 milyondan çox turistin 550 hava limanının qiymətləndirilməsinə əsaslanır. Sorğu çərçivəsində sərnişinlər hava limanının xidmətini qiymətləndirir.