Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin illik parlament çıxışı aprelin 7-də baş tutacaq.
Prezident administrasiyasının məlumatına görə, prezidentin çıxışı üçün hazırlıq indidən başlayıb.
“Prezidentin illik parlament çıxışının formatı ilə bağlı məsləhətləşmələr davam edir.
Administrasiyanın bildirdiyinə görə, öz çıxışı zamanı, prezident Gürcüstan əhalisi üçün zəruri olan mövzular barədə danışacaq. Bu mövzular arasında iqtisadi inkişaf və sosiyal məslələr, milli təhlükəsizlik və xarici əlaqələr və həmçinin, medya və məhkəmə mövzularıda yer alacaq.