Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlət başçısı bu səfərin əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.
Ənənəvi olaraq hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Forumun mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında yaxın qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğulayaraq, münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi və əlaqələrimizin bölgədə və ümumiyyətlə, beynəlxalq səviyyədə mühüm rol oynadığını dedi. Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərimizin bundan sonra da möhkəmləndirilməsi üçün səyləri əsirgəməməyin vacibliyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi işinə xidmət etdiyini bildirdi.